Stolüstü tennisçilərimiz növbəti beynəlxalq yarışda

Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli növbəti beynəlxalq yarışda bacarığını göstərəcək. Allsport.az saytı xəbər verir ki, söhbət Fransanın Mets və Belçikanın Spa şəhərlərində təşkil olunan turnirlərdən gedir.

Seçmənin üzvləri məşqçilər Mixail Timofeyevlə Elnur Hidayətzadənin rəhbərliyi ilə yarışa qatılacaqlar. Bu gün start verilən turnirlərə aprelin 28-də yekun vurulacaq.

Adı ilk çəkilən idmançımız növbəti sınaq ərəfəsində Lüksemburqda eyni yarışda bürünc medala yetişib. İstedadlı idmançı Belçika sınaqlarına da bu günlər təlim-məşq toplanışında olduğu Lüksemburqdan yollanıb.

Həmin kateqoriyadan