- Baxış sayı: 121
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
2022-ci il Avropa gənclər yay olimpiya festivalının (EYOF) koordinasiya komissiyası (CoCom) sentyabrın 27-dən 30-dək Slovakiyanın Banska-Bistrisu şəhərində olub.
Allsport.az xəbər verir ki, komissiyanın üzvü olan MOK-un baş katibinin müavini Azər Əliyev tədbirdə iştirak edib. Festivalın təşkilatçıları tədbir iştirakçılarını hazırlıq işlərinin gedişatı ilə bağlı ətraflı şəkildə məlumatlandırıb, qarşıdan gələn festivalda tədbirlərin keçiriləcəyi idman qurğuları, yaşayacaqları bina və obyektlərlə tanış ediblər.
Komissiyanın sədri Cozef Kassar bildirib ki, hazırlıq işləri ən kiçik təfərrüatlar nəzərə alınmaqla həyata keçirilir və yarışın ən yaxşı Avropa gənclər yay olimpiya festivalı olacağına əla zəmin var.
Koordinasiya komissiyasının üzvləri şəhərin mərkəzində yerləşən və böyük tamaşaçı kütləsi cəlb edəcəyi proqnozlaşdırılan yeni atletika stadionu, üzgüçülük hovuzu, triatlon üçün meydança, cüdo və badminton zalları, tennis kortları və fan-zonadan ibarət mərkəzi idman klasterinə baxış keçirdiblər.
Təşkilat komitəsinin və Slovakiya milli olimpiya komitəsinin gənc komandasının gerçəkləşdirdiyi 3 günlük səfər şəhər meri Yan Noskonun iştirakı ilə baş tutan mətbuat konfransı ilə yekunlaşıb.
Ötən keçirilməsi nəzərdə tutulan XVI Avropa gənclər yay olimpiya festivalın pandemiya ilə əlaqədar olaraq, təxirə salınıb. Yarışın gələn il 24 – 30 iyulda təşkili haqqında qərar verilib. EYOF-da 11 idman növü üzrə (idman gimnastikası, atletika, badminton, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, triatlon və voleybol) 2500-dən artıq idmançı mübarizə aparacaq.