- Baxış sayı: 119
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Milli Olimpiya Komitəsində görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda Beynəlxalq Hərbi İdman Şurasının prezidenti, polkovnik Abdullahakim Məhəməd İsa Alşino, qurumun prezidentinin xüsusi məsləhətçisi Konstantinos Kousantas, şuranın Qara dəniz, Balkan və Cənubi Qafqaz ölkələri üzrə koordinasiya ofisinin rəisi Nevzat Varol və Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi Rəşad Quliyev, həmçinin MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Ağacan Abiyev, beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov, MOK-un icra aparatının rəhbərinin köməkçisi Həsənağa Rzayev iştirak ediblər.
Yığıncaqda MOK ilə Beynəlxalq Hərbi İdman Şurası arasında əlaqələrin genişləndirilməsi, təlimlərin keçirilməsi, idmançıların hərbi yarışlara qatılması mövzusunda müzakirələr aparılıb. Beynəlxalq Hərbi İdman Şurasının dəstəyi ilə keçirilmiş yarışlar və uğurlu nəticələr məmnunluqla qeyd edilib.
Sonda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idmanın inkişafındakı xidmətlərinə görə Beynəlxalq Hərbi İdman Şurasının ordeni ilə təltif olunub.