- Baxış sayı: 42
- 19 Dekabr 2024 20:49
- Baxış sayı: 162
- Dekabr 18, 2024
- 0
Bu gün milli olimpiya komitəsində Özbəkistan nümayəndə heyəti ilə görüş olub. Allsport.az saytı xəbər verir ki, MOK-un vitse prezidenti Çingiz Hüseynzadə adı çəkilən ölkənin idmanın inkişafı nazirinin müavini Murad İsmayilovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Özbəkistan prezident administrasiyası, hesablama palatası və maliyyə nazirliyinin rəhbər işçilərinin təmsil olunduğu nümayəndə heyətinin üzvləri Azərbaycan MOK-nun fəliyyəti ilə maraqlanıblar.
Murad İsmayilov Özbəkistan prezidenti Şəfqət Mirzəyevin tapşırığı ilə idmanın inkişafı ilə bağlı qonşu ölkələrin təcrübəsini araşdrqdırlarını bildirib. MOK-un vitse-prezidenti Çingiz Hseynzadə beynəlxalq tədbirlərin təşkili, BOK başda olmaqla beynəlxalq təşkilatlarla əməkdaşlıq haqda qonaqlara məlumat verib.
MOK-un 30 ildə reallaşdırdığı bynəlxalq proqramlar, layihələr və onların nəticələrindən danışıb. Özbəkistan nümayəndə heyəti MOK-un vitse-prezidentinə xüsusi hədiyyə təqdim edib. Baş katib Azər Əliyev, idman idarəsinin müdiri Həsənaöa Rzayev, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırovun da iştirak etdiyi görüşün sonunda xatirə fotosu çəkilib.