- Baxış sayı: 432
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0
25 noyabr – 1 dekabrda Tokioda milli olimpiya komitələrinin assosiasiyasının 13-cü baş assambleyası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev, beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov, marketinq idarəsinin rəisi Mehman Kərimov iştirak edəcəklər.
Toplantı çərçivəsində 26-27 noyabrda MOKA-nın audit və maliyyə, marketinq, İdmançılar, beynəlxalq əlaqələr və tibbi komissiyalarının iclasları keçiriləcək, məruzə çıxışları dinləniləcəkdir. Həmçinin, gənclərin komissiyasının və icraiyyə şurasının iclası gündəlikdə olan məsələlər sırasındadır.
Ayın 28-dən MOKA-nın 13-cü baş assambleyası öz işinə başlayacaq. Əlavə olaraq, Tokio-2020 yay olimpiya oyunlarının keçiriləcəyi yarış obyektləri ilə tanışlıq iştirakçılar üçün nəzərdə tutulub. Sonda Beynəlxalq Olimpiya Komitəsinin icraiyyə komitəsinin toplantısı olacaq.