MOKA-nın Baş Assambleyasında

Milli Olimpiya Komitəsi və Bakı-2015-in Əməliyyat Komitəsinin rəhbər şəxsləri Tailandın paytaxtı Banqkokda Milli Olimpiya Komitələri Assosiasiyasının XIX Baş Assambleyasında, ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar əldə edilmiş irəliləyişlər haqqında məlumat veriblər. Allsport.az saytı xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, sözü gedən komitənin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva tədbirdə və Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq iştirak ediblər.

MOKA Baş Assambleyasında çıxış edən xanım Nurullayeva bunları deyib: “Gələn il biz Bakıda keçiriləcək və Azərbaycanın idman tarixində bu günə qədərki ən qürurverici an olan ilk Avropa Oyunlarına şahidlik edəcəyik. Milli Olimpiya Komitəsində fəaliyyət göstərən hər kəsin və Bakı-2015-də çalışan dostlarımızın zəhmətkeşliyi sayəsində biz gələn il dünyanı Azərbaycanda salamlamağa hazır olacağıq. Bu, Avropa idmanının şərəfli tarixində yeni səhifə açacaq bayram olacaq”.

Cənab Kleq və 1-ci Avropa Oyunları Əməliyyat Komitəsinin komandası Avropanın milli olimpiya komitələrinin prezidentlərinə və baş katiblərinə bu oyunlarının dünyada yayımı haqqında imzalanmış sazişləri ilə bağlı yenilikləri çatdırıblar. Kleq bildirib: “Bu vaxta qədər mühüm təcrübələr qazanmışıq və komandamız Avropanın bütün milli olimpiya komitələrinə ən yaxşı xidmətin göstərilməsi, onların ilk Avropa Oyunlarından ən yaxşı təəssüratlar alması məqsədi ilə gələn ilin əvvəllərinə planlaşdırılan çoxsaylı sınaq yarışları ilə inkişaf etməyə davam edəcək”.

Həmin kateqoriyadan