- Baxış sayı: 88
- 11 Dekabr 2025 19:37
- Baxış sayı: 64
- Dekabr 18, 2025
- 0

Qadın futbolçulardan ibarət Azərbaycan yığma komandası millətlər liqasında üçüncü oyununu keçirib.
Allsport.az xəbər verir ki, “C” Liqasının 4-cü qrupunda yer alan milli Nikşiçdə Monteneqro yığmasının qonağı olub.
Nikşiç şəhər stadionunda təşkil olunan qarşılaşma 1:1 hesablı heç-heçə yekunlaşıb. Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektivin heyətində qolu 54-cü dəqiqədə Manə Mollayeva vurub.
Son tur öncəsi Monteneqro və Azərbaycan seçmələri hərəyə 5 xalla qrupda 1-2-ci yerləri bölüşürlər. Litva yığmasının isə hesabında xal yoxdur.
Qeyd edək ki, milli son oyununu mayın 30-da evdə Litva seçməsinə qarşı keçirəcək.