- Baxış sayı: 39
- 26 Yanvar 2025 23:29
- Baxış sayı: 32
- Yanvar 26, 2025
- 0
“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının əsas mərhələsinin 7-ci turunun “Lion”la oyununda (0:0) sonra açıqlama verib.
Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis oyunun baş hakimindən narazı qalıb:
“Baş hakim iki qırmızı vərəqəlik epizodu dəyərləndirmədi. Kumbedinin Şimanskiyə qarşı hərəkəti açıq-aşkar qırmızı vərəqədir. Hakim səhv qərar verdi və VAR ona xəbərdarlıq etmədi.
Daha sonra o, Niakata haqsız olaraq qırmızı vərəqə verdi, lakin VAR düzgün qərar verərək bunu düzəltdi.
Sonra həmin Kumbedi sürətli hücumda Şimanskini boğazından tutaraq yerə yıxdı, amma yenə sarı vərəqə almadı və meydandan qovulmadı. Hakimdən və VAR-dan danışmadan matçı şərh etmək mümkün deyil. Hakimin oyuna təsiri böyük idi, çətin matç oldu.
Hakimlərə kömək etmək üçün VAR var. Hakimin səhv etdiyini etiraf edə bilərəm, amma VAR səhv etməməlidir. Kumbedi Şimanskini UFC döyüşçüsü kimi yerə yıxdı”.