- Baxış sayı: 41
- 20 Mart 2026 21:23
- Baxış sayı: 181
- Mart 19, 2026
- 0
Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Mövlud Mirəliyev böyük idmana qayıdıb. Bunu allsport.az saytına cüdo millimizin böyük məşqçisi Əli Dərvişov deyib. Mütəxəssis bildirib ki, 41 yaşlı idmançı yığma komandanın İsmayıllıda keçirilən təlim-məşq toplanışında iştirak edir.
Mövludun yenidən tatamiyə dönməsinə səbəb, ilk Avropa Oyunlarında mübarizə aparmaq istəyidir. Sabah hazırlıq çərçivəsində geniş tərkibli ikitərəfli tutaşmalar keçiriləcək. Millinin yarışlara gedəcək heyəti bu sparrinqlərdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, Mirəliyev Pekində təşkil olunan «dördillik»dən sonra böyük idmandan getmişdi. Ona Şəmkir Olimpiya İdman Kompleksinin direktoru vəzifəsi verilmişdi.