- Baxış sayı: 34
- 31 Mart 2026 21:42
- Baxış sayı: 773
- Mart 30, 2026
- 0
Premyer liqada 100-cü qol vurulub. Allsport.az xəbər verir ki, bu, 11-ci turun “Sabah” – “Sumqayıt” görüşünə təsadüf edib.
Qonaqların 3:1 hesabı ilə qalib gəldiyi matçda vurulan son top mövsümdə 100-cü olub. Yubiley qolunun müəllifi Əmir Ağayev olub.
Ümumilikdə isə, 44 oyunda 102 qol vurulub. Orta məhsuldarlıq 2,32-yə bərabərdir.
Mövsümün ilk qolunu avqustun 16-da keçirilən “Keşlə” – “Qarabağ” oyununda (0:1) İsmayıl İbrahimli vurub.