- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Azərbaycan premyer liqasının V turunda 18 qol vurulub.
Allsport.az xəbər verir ki, baş tutan 6 oyunda orta məhsuldarlıq 3,00-ə bərabər olub.
Bu, mövsümün rekordudur. Cari mövsümdə ilk dəfə orta göstərici 3,00 və ya daha yüksək olub.
Sonuncu dəfə bu rəqəmin 3-dən yuxarı olması ötən mövsümün XXXI turuna təsadüf edib. 5 görüşdə 17 qolun vurulduğu turda məhsuldarlıq 3,40 olub.
V turda “Qarabağ” “Araz-Naxçıvan”ı 5:0, “İmişli” “Karvan-Yevlax”ı, “Qəbələ” “Kəpəz”i 3:0, “Neftçi” “Sumqayıt”ı, “Sabah” “Turan Tovuz”u 2:0, “Zirə” “Şamaxı”nı 2:1 hesabı ilə məğlub edib.