- Baxış sayı: 31
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
İstanbulda qitə birinciliyində muay-tay üzrə Azərbaycan millisi 12 medal qazanıb. Allsport.az saytı xəbər verir ki, müxtəlif yaş qruplarında oğlanlar arasında İzzət Həsənov (51 kq), Arif Əliyev (60 kq), Xəyal Əliyev (60 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
Komandanın digər üzvləri Rəvan Qasımov (+71 kq), Murad Mehrəliyev (91 kq), Rəvan Ağazadə (67 kq) ikinci, Zaur Quluzadə (56 kq), Natiq Əliyev (42 kq), Amin Əlili (51 kq), Nihad Şoranov (45 kq), Murad Malıyev (52 kq) 3-cü olublar.
Qızların yarışında Emili Rzayeva (67 kq) Avropa birinciliyinin qalibi olub.