- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“İllərdir “Beşikdaş”ın idarə heyətinin üzvüyəm. Sözü keçən tərəfdarlarından biriyəm. Bu sözü deməkdən artıq yorulmuşam – mən heç vaxt “Palmali”dən başqa yerdə rəhbər olmayacam”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Palmali”nin rəhbəri Mübariz Mənsimov “qartallar”la bağlılığı haqda sualı cavablandırarkən deyib. Həmvətənimiz İstanbul təmsilçisinin rəhbəri olmaqla bağlı təklif alsa da, bununla razılaşmadığını söyləyib:
““Beşikdaş”ın tərəfdarıyam, idarə heyətinin üzvüyəm. Sağ olsunlar, klubun ağsaqqalları gəlib başqanlığı təklif etdilər, qəbul etmədim. Buna sərf edəcək zamanım da yoxdu. Düzü, futbolu sevmirəm. Bir gün “Xəzər Lənkəran” qayıdarsa, yenidən onun başqanı olaram ki, qaldığım yerdən davam edim. Soruşsanız ki, bəs niyə “Beşikdaş”a azarkeşlik edirsən, cavabım sadədi: rənglərini çox sevirəm. Amma beşiktaşlılar üzülməsinlər, özümü bu işdə görmürəm”.