“Müdafiə oyunumu dəyişdirməyimi istədi”

Allsport.az saytı xəbər verir ki, “Milan”ın cinah oyunçusu Rafael Leao çempionlar liqasının əsas mərhələsinin 2-ci turunda “Bayer”lə oyun ərəfəsində “rossoneri”nin baş məşqçisi Paulo Fonsekanın müdafiə oyununu təkmilləşdirməsinə necə kömək etdiyindən danışıb. Sitat:

“Məşqçi ilk gündən mənimlə qolları və ya ötürmələri müzakirə etmədi, əksinə müdafiə işinə daha çox diqqət yetirmək üçün, müdafiə oyunumu dəyişdirməyimi istədi. O, mənə daha yaxşı insan olmağıma kömək edir.

Hətta mətbuat konfransına maşınla gedərkən o, maşındakı videonu mənə göstərdi. O, topsuz işləməyin aspektlərini, ribaundlar üçün tullanmadan əvvəl düzgün mövqe tutmağı və oyunun digər müdafiə tərəflərini göstərdi.”

Həmin kateqoriyadan