“Müdafiədə fantastik oynadıq”

“Barselona”nın baş məşqçisi Hans Flik çempionlar liqasının 6-cı turunda “Ayntraxt” üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib.

Allsport.az xəbər verir ki, o, rəqibin oyunundan təəccünmədiyini bildirib:

“Gözlənilən kimi oynadılar. Onlar bundesliqa komandasıdır, çox dinamikdirlər. Biz oyunu nəzarətdə saxladıq, lakin birinci hissədə bir neçə səhvə yol verdik və bu zaman Rəşfordu meydana buraxmağın zəruri olduğu aydın oldu. Bir tərəfdən, “Barselona”nın müntəzəm olaraq geridönüş etməsindən çox məmnunam. Bu, oyunçuların işə münasibəti və mentaliteti haqqında çox şey deyir. Baxmayaraq ki, bəzən matçlara yaxşı başlamaq və birinci qol vurmaq pis olmazdı. Nəticə nədirsə, odur. Bu gün komandaya etdikləri üçün çox minnətdaram – müdafiədə fantastik oynadıq və yaxşı qol imkanları yaratmaq asan deyildi”.

“Barselona” 10 xal toplayaraq turnir cədvəlində 14-cü yeri tutur. “Ayntraxt” isə 4 xalla 30-cu yerdə qərarlaşıb.

Həmin kateqoriyadan