- Baxış sayı: 43
- 17 Mart 2026 19:37
- Baxış sayı: 275
- Mart 16, 2026
- 0

“Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrik diskvalifikasiya müddəti başa çatdıqdan sonra “Strasbur” klubuna keçməyə yaxındır.
Allsport.az xəbər verir ki, 2024-cü ilin oktyabrında dopinq testində meldonium aşkarlandığı üçün futboldan uzaq qalan ukraynalı vinger yenidən yaşıl meydanlara qayıtmağa hazırlaşır. Məlumata görə, həm “Çelsi”, həm də “Strasbur”un eyni şirkətə (Blueco) məxsus olması bu transfer prosesini xeyli asanlaşdırır.
Mudrik 2023-cü ildə 70 milyon avro qarşılığında London klubuna transfer olunmuşdu. Bir neçə aylıq fasilədən sonra 25 yaşlı futbolçunun liqa 1 təmsilçisində oyun praktikasını bərpa etməsi gözlənilir.