Mümkün rəqiblər barədə bunu dedi

Bu gün çempionlar liqasında 2-ci ələməyə yekun vurulacaq. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın 3-cü mərhələdə rəqibi də müəyyənləşəcək. Minsk “Dinamo”su Macarıstanın Mezyekyeveşd şəhərində “Ludoqorets”i (Bolqarıstan) qəbul edəcək. İlk matçda qonaqlar 2:0 qələbə qazanıb. 

Baş məşqçimiz Qurban Qurbanov mümkün rəqiblər barədə buun deyib: “Lüdoqorets”lə Minsk “Dinamo”sunun oyununa baxmışam. Hansının bizə rəqib olması barədə düşünməmişəm. Belə fikrim olmayıb. Növbəti mərhələdəki rəqibin matçlarına baxmıram, öz oyunumuzu düşünürəm. Amma bu dəfə baxdım.

Çünki hər bir halda bizə düşə bilərdi. Bu komandalar haqqında bir az məlumat topladım. Hərəsinin öz özəlliyi var. “Lüdoqorets” 11-12 il əvvəl də qrup mərhələsində oynayıb. Hiss olunur ki, yaxşı komanda olmaqla bərabər təcrübələri də var. Xüsusilə də Avropa təcrübəsinə malikdirlər. “Dinamo” aqressiv və aktivdir, gənc futbolçuları var, çox istəklidirlər”.

Həmin kateqoriyadan