Murad Ağayev: Fikrimcə, qələbə bizim tərəfimizdə olacaq

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi”nin yeni transferi Murad Ağayev fikirlərini açıqlayıb. Allsport.az saytı  xəbər verir ki, gənc futbolçu “Neftçi TV”-yə bunları bildirib:

“Hiss edirəm ki, böyük kluba gəlmişəm. Məsuliyyəti dərk edirəm. Amma məsuliyyət futbolçuya oynamağa mane olmamalıdır. Növbəti oyunlarımıza hazırlaşırıq, yoxlama görüşlərimiz olacaq, toparlanacağıq, oyundan oyuna artıracağıq. Fikrimcə, uğur bizim tərəfimizdə olacaq.

Mən buraya reklam üçün gəlməmişəm, yalnız qələbə qazanmaq üçün gəlmişəm və istəyirəm ki “Neftçi” həmişə yüksəklərdə olsun. Rəqabət məni daha da güclü edir. Tərəfdəriyam ki, mənim mövqemdə oyunçu olsun, bu rahatlaşmamağıma və inkişaf etməyimə kömək olacaq. Heç bir rəqibi qəymətləndirməmək olmaz, bütün rəqiblərə ciddi yanaşmalıyıq və ortaya 100 faiz gücümüzü qoymalıyıq”.

Həmin kateqoriyadan