- Baxış sayı: 60
- 03 Dekabr 2025 19:56
- Baxış sayı: 59
- Dekabr 05, 2025
- 0

Badminton üzrə milli komandanın baş məşqçisi Murtuza Vəlidarvi “Əməkdar məşqçi” adına layiq görülüb.
Allsport.az xəbər verir ki, 2018-ci ildən Azərbaycan komandasına rəhbərlik edən Murtuza Vəlidarvinin badmintonçularımızın Tokio və Parisdə keçirilən yay olimpiya oyunlarına lisenziya qazanmasında müstəsna xidmətləri olub.
Azərbaycan badmintonçuları ilk dəfə dünya çempionatı, qarışıq komandaların Avropa çempionatına qatılıb, bir sıra beynəlxalq seriyalı turnirlərin qalib və mükafatçıları sırasında yer alıb.