- Baxış sayı: 22
- 31 Mart 2026 19:37
- Baxış sayı: 727
- Mart 30, 2026
- 0

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Allsport.az xəbər verir ki, Vüqar Mustafayev növbəti mövsümdə də “gənclik şəhəri” təmsilçisində çıxış edəcək.
2019-cu ildən “Sumqayıt”da oynayan Vüqar Mustafayev bu müddət ərzində ümümilikdə 40 oyunda meydana çıxıb. Mustafayev həmçinin Azərbaycanın U-21, U-23 və “A” millilərinin uğurları üçün çalışıb.