- Baxış sayı: 30
- 14 Aprel 2025 23:48
- Baxış sayı: 42
- Aprel 14, 2025
- 0
Tellur Mütəllimov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
Allsport.az xəbər verir ki, “Sabah”ın futbolçusunun yubileyi Azərbaycan premyer liqasının XIII turuna təsadüf edib. 29 yaşlı yarımmüdafiəçi “Kəpəz”lə oyunda (2:2) sonradan meydana daxil olub.
Premyer liqada 2015/16 mövsümündə debüt edən Tellur 200 matçda 16 qola imza atıb. O, “Zirə”də 63 (4 qol), “Qəbələ”də 24 (5 qol), “Sumqayıt”da 49 (4 qol) və “Sabah”da 64 (3 qol) oyuna çıxıb.
Mütəllimov ölkə çempionatlarının 32 illik tarixində 200 və daha çox matç keçirən 151-ci futbolçudur.