“Mxitaryanın Azərbaycana aparılmaması hamı üçün ən yaxşı qərardır”

Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Qəbələ”nin qonağı olacaq Almaniyanın “Borussiya” (Dortmund) klubunun icraçı direktoru Hans-Yoahim Vatske komandanın erməni yarımmüdafiəçisi Henrix Mxitaryanın Azərbaycana gətirilməməsinə münasibət bildirib. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Biz onunla danışdıq. Bu, bütün maraqlı tərəflər üçün ən yaxşı qərardır. Mxitaryanın aparılmamasının əsas səbəbi isə Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsidir. Bu, heç də adi münaqişə deyil. Ona görə də biz belə qərar qəbul etdik. Kim ki “Qəbələ”ni asanlıqla məğlub edəcəyimizi düşünür, çox yanılır. “Qəbələ”nin qrup mərhələsindəki ilk iki oyunu da göstərdi ki, onlar uğur qazana bilərlər. Bu komanda evdə PAOK-la qolsuz heç-heçə edib, səfərdə isə “Krasnodar”a minimal fərqlə uduzub – 1:2”.

Həmin kateqoriyadan