- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 130
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 2020/21 mövsümündə ilk dəfə “Qəbələ”nin lehinə penalti təyin olunub. Allsport.az xəbər verir ki, bu, XXVII turun “Sabah”la görüşündə (2:2) gerçəkləşib.
Nikolas Raysel ikinci hissədə təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Mövsümün əvvəlki 26 turunda belə imkan əldə etməyən “qırmızı-qaralar” sonuncu dəfə ötən çempionatda penalti vurub. Bu, yarımçıq dayandırılan 2019/20 mövsümünün sonuncu – XX turunda baş verib. 2020-ci il martın 7-də keçirilən “Sumqayıt”la ev oyununda (5:0) Nikolas Raysel qonaqları məyus edib. Beləliklə, “Qəbələ” 433 gündən sonra çempionat oyununda penalti vurub.
“Qırmızı-qaralar” həm də mövsüm ərzində qazanılan belə şanslara görə antirekordla üzləşib. 2006/07 mövsümündən yüksək liqada çıxış edən komanda hər çempionatda ən azı 2 penalti vurub. Cari mövsümdə isə 27 matçda yalnız bir belə imkan əldə edib.