Nəriman ABŞ-də debüt etdi

Azərbaycan yığmasının futbolçusu Nəriman Axundzadənin yeni klubu “Kolambus Krü”da debüt edib.

Allsport.az xəbər verir ki, 22 yaşlı hücumçu MLS-də “Toronto”ya qarşı səfər matçının 88-ci dəqiqəsində meydana çıxıb.

O, Andre Qomeşi əvəzləyib.

Axundzadə bununla da MLS-də oynayan ilk azərbaycanlı futbolçu olaraq tarixə düşüb.

Görüş “Kolambus Krü”nün 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Həmin kateqoriyadan