- Baxış sayı: 40
- 22 Mart 2026 15:50
- Baxış sayı: 275
- Mart 22, 2026
- 0

Azərbaycan premyer liqasının XII turunun “Turan Tovuz” – “Qarabağ” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Berdıyev mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, Berdıyev komandasının oyunundan razı qalıb:
“Azarkeşlərimiz üçün yaxşı, maraqlı oyun oldu. Ümumilikdə oyundan razı qaldıq. Səhvlərimiz də oldu. Rəqibin oyunçularının fərdi keyfiyyətlərini bilirik. Nəticədən narazı qaldığımızı demək düzgün olmazdı, ümumi oyundan da razı qaldım”.