Nailxan Nəbiyev də məşqlərə başladı

«Hazırda hərbi xidmətdəyəm. Əsgər andı içdikdən sonra «Sərhədçi» klubuna keçdim». Allsport.az saytına bu açıqlamanı yığma komandamızın üzvü Nailxan Nəbiyev (94 kq) verib. Perspektivli ağırlıqqaldıran məlum dopinq qalmaqalında cəzalanmış 18 idmançımızdan biri olub. Cari mövsümdən millidən kənarlaşan gənc atlet, 2 həftədir məşqləri bərpa edib:

«Hərbi xidmətdə yerdəyişmədən sonra köhnə zədələr baş qaldırdı. Belimdə və dizimdə problemlər vardı. Müalicə aldım. İndi yaxşıyam. Artıq 2 həftədir məşqlərə başlamışam. Çalışmalar AzAL İdman Klubunun Akademiyasında keçir. İyun ayında cəza muddətim bitir. Ümidvaram ki, yeniyetmələrin Avropa birinciliyində qazandığım uğuru, yuxarı yaş qruplarında da davam etdirəcəyəm».

Həmin kateqoriyadan