”Napoli” 80 milyon istəyir

“Arsenal” “Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey ilə maraqlanır.

Allsport.az xəbər verir ki, Neapol təmsilçisinin baş məşqçisi Antonio Kontenin onu əsas oyunçu hesab etməsi səbəbindən, klub Maktomineyi 80 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.

28 yaşlı oyunçu İtaliyada xoşbəxtdir və yalnız uyğun təklif gələrsə, premyer liqaya qayıtmağa hazırdır.

“Tottenhem”, “Everton” və futbolçunun keçmiş klubu “Mançester Yunayted” də onu izləyənlər sırasındadır.

Bu mövsüm Maktominey 14 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan