- Baxış sayı: 29
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

“Qarabağ”ın çempionlar liqasının əsas mərhələsinin V turunda “Napoli”yə qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.
Allsport.az xəbər verir ki, noyabrın 26-da Neapoldakı “Dieqo Armando Maradona” stadionunda baş tutacaq görüşə Polşa, Niderland və Xorvatiyadan olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı polşalı Şimon Marçiniak idarə edəcək. Həmyerliləri Tomaş Listkeviç və Adam Kupsik oyunun baş hakiminin köməkçiləri olacaqlar. Voyçex Miç dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri niderlandlı Pol van Boekel və xorvatiyalı İvan Bebek olacaqlar.
UEFA çempionlar liqası
Əsas mərhələ, V tur
26 noyabr
00:00. “Napoli” – “Qarabağ”
Baş hakim: Şimon Marçiniak
Baş hakimin köməkçiləri: Tomaş Listkeviç, Adam Kupsik
Dördüncü hakim: Voyçex Miç
(Hamısı Polşa)
VAR: Pol van Boekel (Niderland)
AVAR: İvan Bebek (Xorvatiya)
Neapol, “Dieqo Armando Maradona” stadionu