- Baxış sayı: 29
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

“Arsenal” “Napoli”nin baş skautu Mauritsio Mikeli ilə müqavilə imzalamaq üçün danışıqlar aparır. Allsport.az xəbər verir ki, London təmsilçisi 57 yaşlı italiyalı mütəxəssisə işə qəbul şöbəsində rəhbər vəzifə təklif etməkdə maraqlıdır. Tərəflər arasında danışıqların son mərhələdə olduğu bildirilir.
Mauritsio Mikeli gənc istedadları aşkarlamaqdakı uğurları ilə tanınır. O, Marek Hamşik, Kim Min-Ce və Xviça Kvaratsxeliya kimi məşhur futbolçuları kəşf edib. O, əvvəllər “Udineze”də skaut kimi, eyni zamanda “Breşiya”da idman direktoru vəzifəsində çalışıb.