- Baxış sayı: 38
- 16 Fevral 2026 20:47
- Baxış sayı: 212
- Fevral 16, 2026
- 0

“Mançester Yunayted” Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannı yayda komandanın sükanı arxasına gətirmək üçün ilkin danışıqlara başlayıb.
Allsport.az xəbər verir ki, bu addım skaut şöbəsinin rəhbəri Kristofer Vivellin alman mütəxəssisin üslubuna olan böyük heyranlığı ilə bağlıdır.
Lakin klub daxilində ciddi fikir ayrılığı var: müvəqqəti məşqçi Maykl Kerrik rəhbərliyi altında komanda 4-cü pilləyə yüksəlib və futbolçuların tam rəğbətini qazanıb. Kapitan Brunu Fernandeş isə Kerrikin qalmasını dəstəkləyir. O, yeni məşqçi gələcəyi təqdirdə klubda qalmaq üçün həftəlik 400 min funt-sterlinq maaş tələbi qoyub. Kerrik daimi məşqçi təyin olunarsa, portuqaliyalı ulduzun maliyyə şərtlərində güzəştə gedəcəyi bildirilir.
Naqelsmannın Almaniya millisi ilə DÇ-2026-nın sonuna qədər müqaviləsi olduğu üçün onun kluba gəlişi ən tez iyulda mümkün ola bilər.