- Baxış sayı: 31
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Naxçıvanda İlham Əliyev adına olimpiya-idman kompleksində ümummilli liderin anadan olmasının 96-cı ildönümünə karate-do üzrə “Heydər Əliyev kuboku”na yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışda yerli idmançılarıla yanaşı, Türkiyə, Rusiya, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Əfqanıstan, Kuba və Azərbaycanın 350-dən çox 6-13, 14-15, 16-17 və 18-20 yaşlı karateçisi tatami üzərinə çıxıb.
Turnirin açılışında gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Naxçıvan gənclər və idman naziri Azad Cabbarov, milli karate federasiyasının prezidenti Yaşar Bəşirov və Naxçıvan karate-do federasiyasının sədri Fazil Ələkbərov ölkəmizdə, eyni zamanda, muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışıb, idmançılara uğurlar arzulayıblar.
Yekun nəticəyə əsasən, “Naxçıvan” beynəlxalq yarışın qalibi olub. Türkiyə millisi 2-ci, Bakının “Arpaçay” komandası 3-cü yer tutublar. Sonda qaliblər diplom, medal və kubokla mükafatlandırılıblar.