- Baxış sayı: 6
- 31 Mart 2026 14:57
- Baxış sayı: 683
- Mart 30, 2026
- 0

Ənənəvi Heydər Əliyev kubokunda iştirak edəcək bütün komandalar bəllidir. Allsport.az saytı xəbər verir ki, hər ilin mayında Naxçıvanda təşkil olunan yarış bu dəfə ölkə kubokunun final matçından sonra olacaq.
4-cü dəfə keçirilən turnirin bütün iştirakçıları bilinib. Dairəvi sistemlə 4 komanda qalib adı uğrunda mübarizə aparacaq. Mayın 20, 21 və 23-də divizion klubları – MOİK, “Şüvəlan”, yerli “Araz Naxçıvan”, eləcə də bir Türkiyənin “Ağrıspor” klubun 19 yaşlıları çıxış edəcəklər.
Öz liqasının qalibi qardaş ölkə komandası Naxçıvana dəvət edilib və iştirakı haqda razılıq alınıb.