Naxçıvan mərkəzi stadionunda uşaqlar üçün futbol festivalı

AFFA-nın təşkilatçılığı, UEFA və “EA Sports” şirkətinin dəstəyi ilə UEFA kütləvi futbol həftəsi çərçivəsində Naxçıvan mərkəzi stadionunda 10-13 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.

Allsport.az saytı xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Naxçıvan futbol federasiyasının vitse-prezidenti Arif Xudiyev, baş katib Raqif Abbasov, Naxçıvan gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Taleh İbrahimov, Naxçıvan şəhər icra hakimiyyətinin başçısının müavini Gülxanım Orucova, Naxçıvan təhsil nazirliyinin nümayəndəsi Səfər Tağıyev və AFFA-nın kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov iştirakçılara xoş arzularını ifadə ediblər, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər. Festivalın sonunda iştirak edən hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara NFF-in və AFFA-nın rəsmi şəxsləri birlikdə təqdim ediblər.

Həmin kateqoriyadan