Naxçıvan olimpiya idman kompleksində yeni ağırlıqqaldırma alətləri

Naxçıvanda yerləşən İlham Əliyev adına olimpiya idman kompleksinin maddi-texniki bazası gücləndirilir, mövcud imkanlar genişləndirilir. Allsport.az saytı xəbər veri ki, qurğunun ağırlıqqaldırma sahəsi artıq yeni avadanlıqlarla təchiz olunub.

Ümumilikdə, 19 ədəd müxtəlif təyinatlı trenajor aləti quraşdırılıb. Bu da idmançılar və sağlam həyat tərzini seçən vətəndaşlar üçün daha geniş və funksional məşq imkanları yaradır.

Yeni trenajorlar güc, kardio və funksional məşqləri əhatə edərək bədənin müxtəlif əzələ qruplarının inkişafı, dözümlülüyün artırılması və ümumi fiziki hazırlığın gücləndirilməsinə xidmət edir.

Həmin kateqoriyadan