Naxçıvan zonası üzrə yarışların püşkü atılıb

AFFA və Naxçıvan futbol federasiyasının birgə təşkilatçılığı ilə AFFA-nın uşaq liqalarının Naxçıvan zonası üzrə yarışlarının püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, muxtar respublikada yarış 7 yaş (U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16) qrupu üzrə keçiriləcək.

Ümumilikdə 43 komanda iştirak edəcək. Ən çox komanda U-13 Liqasında (9 komanda), ən az iştirakçı isə U-10 və U-16 liqalarında (hər birində 4 komanda) yarışacaq. Oyunlar 5 – Uzunoba təlim-məşq mərkəzi, Şərur OİK, Sədərək, Ordubad və Naxçıvan şəhər stadionlarında keçiriləcək.

Artıq futbolçuların qeydiyyatı aparılıb. 7 liqada ümumilikdə 530 nəfər iştirak edəcək. Oyun sayı isə 250-yə çatacaq. Görüşləri AFFA-nın təşkil etdiyi seminarda iştirak etmiş və yekunda sertifikat almış 16 hakim idarə edəcək. Oyunlar AFFA-nın müvafiq yaş qrupları üzrə çempionatının əsasnaməsinə uyğun təşkil olunacaq.

Noyabrın sonuna qədər start götürəcək liqaların oyunlar 2 dövrədən ibarət olacaq və apreldə yekunlaşacaq. 4 yaş qrupu üzrə liqaların – U-13, U-14, U-15 və U-16-nın qalibi respublika mərhələsi üzrə pley-off oyunlarına vəsiqə qazanacaq.

Həmin kateqoriyadan