- Baxış sayı: 62
- 03 Dekabr 2025 19:56
- Baxış sayı: 105
- Dekabr 05, 2025
- 0

Milli olimpiya komitəsi, Azərbaycan badminton federasiyası və Naxçıvan gənclər və idman nazirliyinin təşkilatçılığı, beynəlxalq olimpiya komitəsinin olimpiya həmrəyliyi fondu və dünya badminton federasiyasının dəstəyi ilə məşqçiləri üçün “Səviyyə-1” məşqçilik kurslarına start verilib.
Allsport.az saytı xəbər verir ki, bu gün İlham Əliyev adına olimpiya idman kompleksində kursun açılış mərasimi təşkil olunub. Nazirliyin şöbə müdiri Taleh İbrahimov iştirakçıları salamlayaraq layihənin məqsədi barədə danışıb, müvafiq təlimlər sayəsində güclü badminton məşqçilərinin formalaşacağına və bu sahənin gələcək inkişafına olan inamını ifadə edib.