Naxçıvanda bilyard üzrə açıq turnir

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə bilyard üzrə açıq birincilik keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu tədbir “Marvel” milyard klubunda baş tutacaq.

Yarış – muxtar respublikanın müxtəlif bölgələrindən gəlmiş bilyard ustalarını və həvəskarlarını bir araya gətirərək, Naxçıvanın bu əlamətdar yubileyini idmansevərlər arasında qeyd etməyi məqsəd qoyur.

Turnir, həm təcrübəli oyunçuların, həm də yeni başlayan gənclərin iştirakına açıqdır və onlara öz bacarıqlarını nümayiş etdirmək üçün əla imkan yaradacaq.

Həmin kateqoriyadan