- Baxış sayı: 38
- 31 Mart 2026 21:42
- Baxış sayı: 783
- Mart 30, 2026
- 0

Naxçıvan Muxtar Respublikasında “C” kateqoriyalı məşqçi kurslarına yekun vurulub. Allsport.az xəbər verir ki, Uzunoba təlim-məşq idman kompleksinin inzibati binasında məşqçilik kursunu müvəffəqiyyətlə bitirən iştirakçılara “C” kateqoriyalı məşqçi lisenziyası və diplomlar təqdim edilib.
AFFA-nın dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən kursa ötən ilin sentyabr ayında start verilib və fasilələrlə 3 modul şəklində icra olunub. Kursa muxtar respublikanın müxtəlif bölgələrindən 15 məşqçi qatılıb.