- Baxış sayı: 37
- 31 Mart 2026 21:42
- Baxış sayı: 782
- Mart 30, 2026
- 0

Almaniya 2-ci bundesliqasında 14-cü tura start verilib.
Allsport.az xəbər verir ki, Dmitri Nəzərovun çıxış etdiyi “Aue” evdə “Sankt Pauli”ni 3:1 hesabı ilə məğlub edib.
Nəzərov start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib. O, matçın 24-cü dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə komandasının 2-ci qolunu vurmağa nail olub. 29 yaşlı futbolçu bu mövsüm 6-cı qolunu vurub.
“Aue” yarış cədvəlinin turnir cədvəlində 23 xalla 3-cü pillədə qərarlaşıb.