- Baxış sayı: 608
- 27 Noyabr 2025 13:51
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Parisdə “İdmanda dopinqə qarşı beynəlxalq konvensiyanın 20 illiyi və COP10-a hazırlıq” mövzusunda tərəf ölkələrlə onlayn formatda məlumat görüşü keçirilib.
Allsport.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri, UNESCO-nun idmanda dopinqə qarşı beynəlxalq konvensiyasına tərəf ölkələrin bürosunun sədr müavini Fərid Qayıbov çıxış edib.
Qayıbov çıxışında ölkəmizin bu proseslərdə fəal iştirakını vurğulayıb, şəffaf nəzarət mexanizmlərinin gücləndirilməsi, dayanıqlı maliyyələşmə modelinin yaradılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edib.
Tədbirdə konvensiyaya tərəf dövlətlərin nümayəndələri, beynəlxalq təşkilatlar, eləcə də antidopinq sahəsində fəaliyyət göstərən ekspertlər iştirak ediblər. Görüşdə COP10-a hazırlıq prosesi, konvensiyanın 20 illiyinə həsr olunmuş tədbirlərin planı, həmçinin maliyyələşmə, idarəetmə, monitorinq və mübahisələrin sülh yolu ilə həllinə dair təkliflər müzakirə olunub.