Nazir Fərid Qayıbov səfirlə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov İsrail dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Ronen Krauszu qəbul edib.

Allsport.az xəbər verir ki, səfiri salamlayan nazir Fərid Qayıbov onu ölkəmizdəki diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və İsrail arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, ikitərəfli əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan