- Baxış sayı: 609
- 27 Noyabr 2025 13:51
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Sentyabrın 5-də gənclər və idman naziri Fərid Qayıbov Göyçay və Ağdaş rayon sakinlərini qəbul edib.
Allsport.az xəbər verir ki, qəbuldan öncə nazir Fərid Qayıbov Ağdaş rayon icra hakimiyyətinin başçısı Orxan Hüseynzadə ilə birlikdə Ağdaş şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Ağdaş olimpiya idman kompleksində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda sentyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.