Nazir Hindistana səfər edib

Gənclər və idman naziri Fərid Qayıbov YUNESKO-nun İdmanda dopinqə qarşı beynəlxalq konvensiyanın tərəflər konfransının IX sessiyası (KOP-9) bürosunun vitse-prezidenti olaraq Hindistana yollanıb. Allsport.az saytı xəbər verir ki, səfər zamanı o, Yeni Dehli şəhərində keçirilən KOP-9 bürosu və təsdiq komitəsi üzvlərinin birgə iclasında iştirak edib. Sonra NADA Hindistan və Dehli milli hüquq universiteti arasında anlaşmanın imzalanmasına qatılıb.

Fərid Qayıbov səfər çərçivəsində hindistanlı həmkarları – gənclərlə iş və idman naziri Mansux Mandaviya, gənclərlə iş və idman üzrə dövlət naziri Rakşa Nikhil Xadse ilə görüşüb. Görüş zamanı həm gənclər, həm də idman sahəsində iki ölkə arasında mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Həmin kateqoriyadan