Nazir Kazbek Tuayevi, Şamil Quliyevi və Azər Məhərrəmovu vəzifəsindən azad edib

Gənclər və idman nazirliyi Fərid Qayıbov tabeçiliyində olan bir neçə şəxsi vəzifəsindən azad edib. Allsport.az saytına daxil olan məlumata görə, İxtisaslaşdırılmış uşaq-gənclər olimpiya ehtiyatları futbol məktəbinin qocaman direktoru Kazbek Tuayev və Tofiq Bəhramov adına respublika stadionunun direktoru Şamil Quliyev vəzifələri ilə vidalaşıblar.

Onlardan savayı, “Azəridmanservis”in baş direktoru Azər Məhərrəmov da işindən xaric edilib. Onun öncəki gənclər və idman naziri Azad Rəhimovla ortaq biznesi vardı və mərhumla yaxınlığı ilə tanınırdı. Adı çəkilən şəxs triatlon federasiyasının bundan qabaqkı prezidenti idi. Həmin dövrdə bu idman növü çox inkişaf etmişdi. Təmsilçimiz Rostistav Petsov Bakı-2015 ilk Avropa oyunlarında bürünc medal qazanıb, Rio-2016 və Tokio-2020 yay olimpiya oyunlarında çıxış edib.

Gənclər və idman nazirliyinin yeni rəhbərliyinin Kazbek Tuayevi vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı xəbəri hələ ötən il vermişdik. Yayılan məlumata görə, nazir müavini Mariana Vasilyeva öz həyat yoldaşı Kamen Vasilyevi bu posta gətirmək istəyir, amma Fərid Qayıbov buna qarşıdır. Nazir söz-söhbətdən uzaq olmaq istəyir. Hər halda, bolqar mütəxəssis, “Zirə” futbol klubunda birdə çalışmış Adil Şükürov ilə yeni struktur qurulması üçün işə cəlb ediləcəkləri haqda fikirlər dolaşır.

Həmin kateqoriyadan