Nazir müvafiq tapşırıqlarını verdi

Sentyabrın 26-da gənclər və idman naziri Fərid Qayıbov, Zaqatala olimpiya idman kompleksinə baxış keçirib. Allsport.az saytı xəbər verir ki, o, yenidənqurma işlərinin gedişatı ilə maraqlanıb, işin keyfiyyətli və sürətli aparılması istiqamətində müvafiq tapşırıqlar verib.

Sonra Qax olimpiya idman kompleksinin vəziyyəti ilə də tanış olub. Oradakı məşq və yarış zallarına, stadiona, üzgüçülük hovuzuna baxış keçirilib. Fərid Qayıbov komplekslərdə mövcud idman bölmələrində aktivliyin və peşəkar yanaşmanın artırılması, idman qurğularının daha səmərəli və effektiv idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib.

Fərid Qayıbov həmçinin Respublika olimpiya idman liseyinin Qax filialının fəaliyyəti ilə maraqlanıb. Nazir buradakı şərait, qarşıda duran işlər barədə məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, lisey şagirdləri ilə söhbət edib, onların tədris və məşq şəraitləri ilə maraqlanıb.

Həmin kateqoriyadan