Nazir olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə nələri müzakirə edib?

Dövlət bədən tərbiyəsi və idman akademiyasında olimpiya idman növləri üzrə milli federasiyaların nümayəndələri ilə növbəti görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda gənclər və idman naziri Fərid Qayıbov çıxış edib, son vaxtlar görülmüş işlər və qarşıdakı planlardan danışıb, görüşün məqsədi barədə məlumat verib.

Gündəliyinə əsasən, 5-ci İslam həmrəyliyi oyunlarına hazırlıq; Avropa və dünya çempionatlarının televiziya yayım hüquqlarının alınması; nizam-intizam və apellyasiya komitələrinin yaradılması; federasiyalar tərəfindən 2022-ci ilin ilk 6 ayı ərzində görülmüş işlərlə bağlı hesabatın tərtib edilməsi; istiqamətlər üzrə inkişaf planlarının hazırlanması; idmançıların, məşqçilərin, hakimlərin və həkimlərin lisenziyalaşdırılması; idmançıların reytinq cədvəlinin müzakirəsi; ölkə yarışlarının keçirilmə qaydaları ilə bağlı texniki reqlamentin hazırlanması; idman turizminin inkişaf etdirilməsi; tədbir və yarışların qeydiyyat sistemi və digər məsələlər müzakirə edilib, federasiya nümayəndələrinin təklifləri dinlənilib.

Həmin kateqoriyadan