- Baxış sayı: 60
- 03 Dekabr 2025 19:56
- Baxış sayı: 57
- Dekabr 05, 2025
- 0

Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Malayziya olimpiya şurasının prezidenti Məhəmməd Norza Zəkəriyyə və Malayziya badminton akademiyasının icraçı direktoru Mişel Çayı qəbul edib.
Allsport.az xəbər verir ki, qonaqları salamlayan nazir Qayıbov onları Bakıda görməkdən məmnun olduğunu bildirib, ölkəmizdə idman sahəsində görülən işlər barədə məlumat verib.
Qonaqlar səmimi qəbula görə təşəkkür ediblər. Görüş zamanı iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.