Nazir sakinlərlə görüşdü

İyulun 2-də gənclər və idman naziri Fərid Qayıbov Oğuz və Qəbələ rayon sakinlərini qəbul edib.

Allsport.az xəbər verir ki, qəbuldan öncə nazir Fərid Qayıbov Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə birlikdə Qəbələ şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Qəbələ rayon Heydər Əliyev mərkəzində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda iyul ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Həmin kateqoriyadan