Nazir stadion direktorunun istefası barədə nə dedi?

Gənclər və idman naziri Azad Rəhimov Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılovun vəzifəsindən istefasına münasibət bildirib. Allsport.az xəbər verir ki, nazir açıqlamasında, onun səhhəti ilə bağlı öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunduğunu söyləyib.

Dövlət rəsmisinin sözünə görə, hələlik yeni təyinat gerçəkləşməyib: “Biz müsabiqə elan etmişik. Bunun əsasında kimin təyin olunacağını biləcəyik. Üstəlik, stadionun icarədarı “Qarabağ” klubu ilə danışıqlar aparırıq. Yeni təyinatda onların da rolu olacaq”.

Report-un məlumatina görə, nazir “Qarabağ”ın oktyabrın 1-də Belçika “Anderlext”i ilə keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin 2-ci turuna hazırlaşan mərkəzi arenanın ot örtüyündə hər şeyin qaydasında olduğunu və işlərin getdiyini də əlavə edib.

Həmin kateqoriyadan