- Baxış sayı: 8
- 21 Noyabr 2024 11:21
- Baxış sayı: 95
- Noyabr 19, 2024
- 0
Noyabrın 16-da gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan tanınmış türkiyəli futbol mütəxəssisi Fateh Tərimi qəbul edib.
Allsport.az saytı xəbər verir ki, qonağı salamlayan nazir ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. O, səmimi qəbula görə təşəkkür edib, ilk dəfə ölkəmizə 1996-cı ildə gəldiyini və Azərbaycan futbolu ilə bağlı maraqlı xatirələrinin olduğunu bildirib.
Görüş zamanı iki qardaş ölkədə futbolun hazırkı vəziyyəti və uşaq futbolunun inkişafı yolları müzakirə edilib. COP-29 çərçivəsində “Qarabağ”ın təşəbbüsü ilə təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansın yaradılması ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə “Qalatasaray” FK-nın 2-ci prezidenti İbrahim Hatipoğlu, “Qalatasaray” FK-nın idarə heyətinin üzvü Emin İmanov, Fatih Terimin köməkçisi Əray Sözən, “Qarabağ” FK-nın baş direktoru Əmrah Çəlikəl və idarə heyətinin üzvü Asif Əsgərov da iştirak ediblər.